Lavrov: KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər Dünya

Lavrov: KTMT XİN başçıları Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıq ifadə ediblər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xarici işlər nazirləri Ermənistanda baş verənlərlə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O deyib ki, "kanonik erməni kilsəsinin hücumlara məruz qalmamasını və münaqişənin tezliklə həll olunmasını istərdik".