"Hindistanda Boeing 787-nin qəzaya uğramasına ekipajın səhvi səbəb ola bilər" Dünya

"Hindistanda Boeing 787-nin qəzaya uğramasına ekipajın səhvi səbəb ola bilər"

The Wall Street Journal (WSJ) mənbələrə istinadən xəbər verir ki, Hindistanın qərbində Əhmədabad şəhəri yaxınlığında Boeing 787-8 təyyarəsinin qəzaya uğramasına pilotların səhvi səbəb ola bilər.

Nəşrin mənbələri qeyd edib ki, təyyarənin hər iki mühərriki üçün yanacaq təchizatına nəzarət sistemi söndürülüb və bu, havaya qalxdıqdan qısa müddət sonra təkan itkisinə səbəb olub. Uçuş zamanı yanacaq tədarükünə pilotlar tərəfindən nəzarət edildiyi, mühərrikləri işə salmaq və ya dayandırmaq üçün müvafiq açarlardan istifadə etdikləri dəqiqləşdirilir.

İstintaqın ilkin nəticələrinə görə, bu açarlar “söndürülmüş” vəziyyətdə olub, lakin bunun səbəbləri hələ də aydın deyil. Məqalə müəllifləri bildiriblər ki, mühərriklərə yanacaq verilməsinin təsadüfən və ya qəsdən dayandırıldığı barədə məlumat yoxdur.

Xatırladaq ki, təyyarə qəzası iyunun 12-də baş verib. “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8” Əhmədabad hava limanından qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Qəzada 241-i ekipaj üzvləri və sərnişinlər olmaqla 275 nəfər həlak olub. Daha 34 nəfər yerdə ölüb.

Cavid