Kamboca Taylandın hərbi bazasını atəşə tutub: ölən və yaralananlar var Dünya

Kamboca Taylandın hərbi bazasını atəşə tutub: ölən və yaralananlar var

Kamboca ordusunun Tayland ərazisindəki Anuponq hərbi bazasına hücumu nəticəsində 1 taylandlı hərbçi həlak olub, daha 2 nəfər isə yaralanıb.

Bu barədə məlumatı Khaosod portalı Tayland ordusunun nümayəndəsinə istinadən yayıb.

Rəsmi açıqlamaya görə, hücumdan sonra aparılan operativ qiymətləndirmə Kamboca tərəfinin sərhəd boyunca aktiv hərbi hərəkətlərə başladığını göstərib.

Bildirilib ki, bu fəaliyyətlər sərhəd zonasındakı gərginliyin daha da artmasına və hərbi əməliyyatların genişlənməsinə yol aça bilər.

Hadisəyə cavab olaraq Tayland Hərbi Hava Qüvvələri F-16 qırıcılarını havaya qaldırıb.

“Hərbi Hava Qüvvələri ölkənin suverenliyi, müstəqilliyi və vətəndaşların təhlükəsizliyinə yönəlmiş təhdidlərə cavab vermək üçün məsuliyyətlə hava əməliyyatları həyata keçirəcək”, - Tayland ordusunun açıqlamasında deyilir.