5 Dekabr 22:04
5 Dekabr 21:38
08:10
581
ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Ukrayna münaqişəsinin həlli ilə bağlı təklif etdiyi sülh planı Rusiya tərəfi üçün məqbul görünür.
O bunu Kennedi İncəsənət Mərkəzində jurnalistlərlə söhbətində deyib:
“Rusiyaya gəldikdə, düşünürəm ki, bu təklif onları qane edir”.
Tramp həmçinin vurğulayıb ki, sənəd Ukrayna lideri Volodimir Zelenskini qane etmir, baxmayaraq ki, onun ətrafı planı dəstəkləyib:
“Zelenskinin bunu bəyənmədiyinə əmin deyiləm. Onun komandasının xoşuna gəlib, amma Zelenski özü hələ oxumayıb.”