DİN Naxçıvanda “uşaq oğrusu” ilə bağlı görüntüləri araşdırıb
Şahin Bağırov: Bu il 1,6 tondan çox narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb
Paşinyan kilsələrdə liturgiyadan əvvəl Ermənistan himninin səsləndirilməsini təklif edib
Prezidentin köməkçisi: Azərbaycanın qeyri-neft ixracı 2 dəfə artıb
09:53
448
Bu gün Masallının bir sıra ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq "Xıl" hava xəttində dekabrın 8-də təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Göyəçöl, Xıl, Qasımlı, Lürən, Musaküçə, Öncəqala, Sərçuvar, Şıxlar, Təzəkənd kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.