

Polşa-Belarus sərhədində polşalı əsgərlər miqranta qarşı odlu silah tətbiq edib.
Xalqcebhesi.az xəbər verir ki, RMF FM-in məlumatına görə, hərbi polis Belarusla sərhəddə bir əsgərə hücum hadisəsini araşdırır. Qeyri-rəsmi məlumata əsasən, hadisə zamanı lüləli silahdan istifadə olunub.
Hadisə Podlyask voyevodalığının Mixalovo kəndi yaxınlığında baş verib. Üç miqrant çaydan keçərək sərhədi pozmağa cəhd edib. Onlardan ikisi sərhədçiləri gördükdən sonra geri dönüb. Üçüncü şəxs isə hərəkətinə davam edərək əsgərlərə hücum edib. Əsgərlər həmin şəxsi rezin güllələrlə vurublar.
Miqrantın sonrakı aqibəti barədə məlumat verilməyib.
Məryəm Quliyeva