“Süni şəkildə şişirilmiş qiymətlərdə enmələr başlayıb”
8 Dekabr 21:22
8 Dekabr 21:22
8 Dekabr 20:52
8 Dekabr 17:11
8 Dekabr 15:45
4 Avqust 23:15
2 093
Avropa İttifaqı (Aİ) ABŞ-nin bu həftə Aİ ölkələrindən idxal edilən məhsullara 15 faizlik gömrük rüsumlarından istisnaları, həmçinin avtomobil məhsullarına tarif endirimlərini rəsmi şəkildə təsdiqləyəcəyini gözləyir.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Danışıqlarla tanış olan mənbələrə görə, Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın yayda tarif siyasətinin yumşaldılması ilə bağlı əldə edilmiş razılaşmalara hüquqi qüvvə verəcək fərmanlar imzalayacağına ümid edir. Bu istisnalara xüsusilə avtomobillər üçün rüsumların azaldılması və bəzi sənaye malları, o cümlədən təyyarə hissələri aiddir.
Tərəflərin Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında əvvəllər əldə edilmiş siyasi razılaşmaları təsdiqləyən birgə bəyanat dərc edəcəyi gözlənilir.
Nəşrin məlumatına görə, razılaşdırılmış 15 faizlik rüsum dərəcəsi əvvəllər 25 faiz rüsumla vergiyə cəlb olunan avtomobillərə də şamil edilə bilər. Bununla yanaşı, Aİ-dən idxal olunan məhsullara, o cümlədən yarımkeçiricilər və dərmanlara tətbiq ediləcək rüsumlar da yenidən nəzərdən keçirilə bilər.
8 Dekabr 20:39
1 064
8 Dekabr 18:43
1 120
8 Dekabr 18:35
1 050