Putinin sözçüsü Qutsulun həbsini siyasi motivli hesab edir Dünya

Putinin sözçüsü Qutsulun həbsini siyasi motivli hesab edir

Moldovanın Qaqauz muxtariyyətinin başçısı Yevgeni Qutsula qarşı məhkəmənin hökmü müxaliflərə təzyiq cəhdləri və siyasi motivli qərar nümunəsidir.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bəli, bu, həqiqətən siyasi motivli bir qərarın nümunəsidir, seçki kampaniyası zamanı siyasi rəqiblərə açıq və qanunsuz təzyiq göstərmək cəhdlərinin bir nümunəsidir”, - Peskov deyib.

Qeyd edək ki, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsula hökm oxunub. Məhkəmə Yevgeniya Qutsulu 2023-cü ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi işində təqsirli bilərək onun 7 il müddətinə azadlıqdan məhrum edib.