8 Avqust 2025 08:35
2 191
Avropa İttifaqı (Aİ) Nigeriyanın Benue və Plato əyalətlərində silahlı qrupların hücumları səbəbilə didərgin edilən şəxslərə humanitar yardım üçün 250 min avro ayırıb.
Nigeriya Nümayəndəliyi tərəfindən verilən açıqlamada maliyyənin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Fəlakətlərə Qarşı Mübarizə Fövqəladə Hallar Fondu (DREF) vasitəsilə təmin ediləcəyi qeyd olunub.