“Süni şəkildə şişirilmiş qiymətlərdə enmələr başlayıb”
8 Dekabr 21:22
8 Dekabr 21:22
8 Dekabr 20:52
8 Dekabr 17:11
8 Dekabr 15:45
10 Avqust 21:14
1 988
Dağıstan Respublikasının (Rusiya Federasiyası) Tarumovsk rayonunda baş verən ağır yol qəzası nəticəsində üç nəfər ölüb, daha üç nəfər yaralanıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Həştərxan-Mahaçqala yolunun 258-ci kilometrliyində iki minik avtomobili toqquşub.
"İlkin məlumata görə, "Lexus" qarşıdakı hərəkət zolağına çıxıb və "Lada Vesta" markalı avtomobillə toqquşub. Nəticədə "Vesta"nın sürücüsü və onun iki sərnişini təcili tibbi yardım gələnə qədər yerindəcə ölüblər", - Dağıstan Respublikası üzrə Daxili İşlər Nazirliyinin yol polisi alayının komandiri vəzifəsini icra edən Gerexan Abdulmuslimov bildirib.
O, əlavə edib ki, “Lexus”un sürücüsü və onun iki sərnişini, o cümlədən bir uşaq xəstəxanaya yerləşdirilib.
8 Dekabr 20:39
1 057
8 Dekabr 18:43
1 113
8 Dekabr 18:35
1 043