Aİ Ukrayna ilə əlaqədar XİN rəhbərləri səviyyəsində iclas keçirəcək Dünya

Aİ Ukrayna ilə əlaqədar XİN rəhbərləri səviyyəsində iclas keçirəcək

Avropa İttifaqı bu gün Ukrayna ilə əlaqədar olaraq, xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirəcək.

APA “AL-Arabiyya” kanalına istinadən xəbər verir ki, iclas Ukrayna XİN rəhbəri Andrey Sbiqanın da iştirakı ilə baş tutacaq.

İclas onlayn formatda keçiriləcək.