Qəzzada ölənlərin sayı 61 776 nəfərə çatıb Dünya

Qəzzada ölənlərin sayı 61 776 nəfərə çatıb

Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları təqdim edən yazılı açıqlama yayıb. Bildirilib ki, son 24 saat ərzində Qəzza zolağında 54 nəfər ölü və 831 yaralı xəstəxanalara çatdırılıb.

Yanvarın 19-da razılaşdırılmış atəşkəs rejiminin pozulmasından sonra İsrail ordusunun Qəzzada martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 10 min 251 fələstinlinin həlak olduğu, 42 min 865 fələstinlinin isə yaralandığı bildirilib.

Qəzzada İsrail-ABŞ rəhbərliyində sözdə yardım paylama məntəqələrində fələstinlilərin hədəf alındığı sistematik hücumlarda mayın 27-dən bu yana 1881 nəfərin öldüyü, 13863 nəfərin yaralandığı qeyd edilib.

Həmçinin Qəzza zolağında son 24 saatda daha 4 fələstinli aclıqdan ölüb və aclıqdan ölənlərin sayı 106-sı uşaq olmaqla 239-a çatıb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayının 61 776 nəfərə, yaralıların sayının isə 154 906 nəfərə çatdığı bildirilir.

Qəzza zolağında minlərlə ölünün hələ də dağıntılar altında qaldığı deyilir.