

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
"Telegram" platforması üzərindən yeni dələduzluq halları müşahidə olunur.
"APA-Economics" bu barədə Elektron Təhlükəsizlik Xidmətinə (ETX) istinadən xəbər verir.
Məlumata görə, platforma istifadəçilərinə “Hi, şəkilləriniz…” tipli mesajlar göndərilir və həmin mesajların davamında şübhəli keçidlər paylaşılır. İstifadəçi həmin keçidə daxil olduqda, müvafiq ölkəni seçmək, telefon nömrəsini daxil etmək və gələn təsdiqləmə kodunu yazmaq tələb olunur. Bu üsulla istifadəçilərin "Telegram" hesabları ələ keçirilir. Daha sonra isə ələ keçirilmiş hesablar vasitəsilə başqa şəxslərə qarşı da eyni dələduzluq halları davam edir.
ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, şübhəli keçidlərə daxil olmamağı, telefon nömrəsi və təsdiqləmə kodlarını paylaşmamağı, hesablarda təhlükəsizliyi təmin etmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktiv etməyi tövsiyə edir.