Xaçmazda avtomobillə vurulan şəxsin meyiti tapılıb Hadisə

Xaçmazda avtomobillə vurulan şəxsin meyiti tapılıb

Xaçmaz rayonunda, Xaçmaz-Qımılqışlaq kənd yolunda 52 yaşlı kişinin meyiti tapılıb.

APA-nın Şimal bürosu xəbər verir ki, meyiti tapılan şəxsin Köhnə-Xaçmaz kənd sakini, 1973-cü il təvəllüdlü Zahir Qəribov olduğu müəyyənləşib. Onun naməlum avtomobillə vurulduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.