KİV: Tramp Ukrayna müharibəsinin bitməsi barədə getdikcə bədbinləşir Dünya

KİV: Tramp Ukrayna müharibəsinin bitməsi barədə getdikcə bədbinləşir

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsini bitirməklə bağlı getdikcə bədbinləşir.

APA xəbər verir ki, bu barədə adı açıqlanmayan iki ABŞ rəsmisi “NBC News”a bildirib.

Qeyd edək ki, Tramp dünənki videokonfrans zamanı Avropanı Rusiya neftini almamağa çağırıb.

O əlavə edib ki, Avropa Rusiyanın müharibəsini dəstəklədiyinə görə Çinə iqtisadi təzyiq göstərməlidir.