Moskvanın mərkəzində iki yanğın baş verib Gündəm

Moskvanın mərkəzində iki yanğın baş verib

Moskva şəhərində eyni anda iki yanğın hadisəsi baş verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə 112 Telegram kanalı məlumat yayıb.

"Moskva-Siti"dəki "Afimoll" ticarət mərkəzinin yaxınlığında tikinti sahəsində yanğın olub, "Kiyevski" metrostansiyasının yaxınlığında isə 45 m² sahəni əhatə edən iki çiçək pavilyonu alovlanıb.

Hər iki yanğın yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Nazirlikdən verilən məlumata görə, yanğınlar lokallaşdırılıb, xəsarət alan yoxdur.

Məryəm Quliyeva