

23 Sentyabr 18:28
23 Sentyabr 16:35
İsrailin HAMAS-ın Dohadakı qərargahına zərbə endirməsinə baxmayaraq Qətər Qəzza zolağında hərbi münaqişənin həlli üçün vasitəçilik səylərini davam etdirəcək.
APA xəbər verir ki, bunu Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.
"Biz davam edən dezinformasiya kampaniyası şəraitində belə, ardıcıl olaraq müharibənin dayandırılması və girovların azad edilməsi yollarını axtarmaq niyyətindəyik. Bu cür cəhdlər bizi dayandıra bilməyəcək. Ona görə də Misir və ABŞ ilə əməkdaşlıq və tərəfdaşlıq şəraitində səylərimizi davam etdirəcəyik", - o deyib.
Qətər əmiri həmçinin İsrailin Dohaya zərbə endirməsini Qəzza zolağında atəşkəs danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirib.