

Qırğızıstan prezidenti Sadır Japarov növbədənkənar parlament seçkilərinin tarixini 2025-ci il noyabrın 30-na təyin edib.
Bu barədə prezidentin mətbuat xidməti məlumat verib.
“Prezident Sadır Japarov parlamentin deputatları üçün növbədənkənar seçkilərin tarixini 2025-ci il noyabrın 30-na təyin edib”, - məlumatda deyilir.
Qeyd edək ki, ötən cümə axşamı Qırğızıstan parlamentinin üzvləri yekdilliklə məclisin buraxılmasına səs veriblər.