Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib - FOTO
Afrika ölkələri Azərbaycanın rəqəmsal dövlət məhsullarına böyük maraq göstərir
Azərbaycan 240 min hektardan çox ərazini minalardan təmizləyib
Zelenski xalqa müraciət edib: Gələn həftə çətin və hadisəli olacaq
30 Sentyabr 10:31
4 305
“Son illər iqlim dəyişikliklərinin fəsadları açıq şəkildə müşahidə olunmaqdadır. Bu, iqlimin istiləşməsi, şirin su mənbələrinin azalması, Xəzərin səviyyəsinin sürətlə aşağı enməsi və.s kimi həyatımıza mənfi təsir göstərir”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov söyləyib.
Deputat qeyd edib ki, iqlim dəyişiklikləri aqrar sektorda suvarılma suyunun azalması və hətta içməli su çatışmazlığı problemini meydana gətirir: “Azərbaycan bu problemlərin meydana gəldiyini görür və qabaqlayıcı tədbirlər görməklə adaptasiya olunmağa çalışır. Belə ki, iqtisadiyyatın aqrar sektorunda innovasiyalar tətbiq olunmaqla suya qənaet edilir, içməli su ilə bağlı gözlənilən problemlə qarşılaşmamaq və Xəzərin suyunun saflaşdırılması üçün müəssisələr tikilir, bərpaolunan enerji sektorunun yaradılması istiqamətində addımlar atılır. Təbii ki, iqlim dəyişikliklərinin yaratdığı fəsadların aradan qaldırılması üçün qlobal təşəbbüslərdə ümumi həmrəylik olmalıdır. Məsələn, dövlət başçımız Xəzərin səviyyəsinin azalmasına qarşı tədbirlərin görülməsi üçün BMT tribunasından çağırış etdi. Əlbəttə, Xəzəri yaxınlaşan fəlakətdən qorumaq üçün Xəzəryanı bütün ölkələr həmrəylik nümayiş etdirməli və tədbirlər görülməlidir. Yəni iqlim dəyişikliklərinə qarşı adaptasiya olunması ancaq bir ölkənin özünü həmin vəziyyətə uyğunlaşdırması deməkdir. Amma mübarizə qlobal səviyyədə aparılmalı və bütün bəşəriyyətin qorunması üçün səfərbər olunmalıdır”.
A.Badamovun sözlərinə görə, bu gün iqlim dəyişiklikləri ilə mübarizə aparmaq bir neçə ildən sonra mübarizə aparmaqdan daha asandır: “Amma bu problem dərinləşdikcə mübarizə də çətinləşir. Ona görə də bu ümumibəşəri məsələdə dünya ictimaiyyəti öz həmrəyliyini nümayiş etdirməli və ümumi evimiz olan planetimizi hamımız gözlənilən fəlakətlərdən qorumalıyıq”.
Röya İsrafilova
10:56
1 043
08:56
1 064
20 Noyabr 22:57
1 365