Cənubi Qafqazda sülh yolunda...”
21 Noyabr 23:00
21 Noyabr 23:00
21 Noyabr 22:50
21 Noyabr 22:38
21 Noyabr 10:56
Bakıda 3 nəfərin öldüyü binada yanğınla bağlı klinika direktoru saxlanılıb - YENİLƏNİB
HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Qahirəyə gedib
Azərbaycan və Braziliya iqlim maliyyəsinə dair “Yol Xəritəsi” hazırlayıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Bakı görüşündəki razılaşmalar açıqlanıb
6 Oktyabr 19:00
1 890
“ABŞ-ın verdiyi silah və hərbi dəstək olmasa, Ukrayna müharibəni bu qədər uzun müddət davam etdirə bilməzdi”.
Bunu, politoloq Vaqif Hüseyn, xalqcəbəsi.az-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna əsasən ABŞ silahları ilə vuruşur və son vaxtlar Putinlə aparılan danışıqların uğursuzluğu fonunda ABŞ Ukraynaya daha aktiv dəstək verir.
Politoloq qeyd edib ki, xüsusilə Rusiya tərəfindən 2-ci nəsil raketlərlə Amerikanın Patriot raket müdafiə sisteminin aşılması və daha dəqiq zərbələr vurulması xəbərləri ABŞ administrasiyasını narahat edir. Hüseyn vurğulayıb ki, müharibə bitmədiyi müddətcə və Rusiya danışıqlara başlamaq niyyətini ortaya qoymadığı müddətcə ABŞ-ın dəstəyi davam edəcək. O əlavə edib ki, bu dəstək Ukraynanın müqavimətini qorumasına və uzunmüddətli strateji üstünlük qazanmasına imkan verir.
Günel Elxan