Fon der Leyen Aİ sammitində Ukrayna ilə bağlı sualları cavablandırmaqdan imtina edib
BP: AÇG-də hasilatın 2026-cı ili artımla başa vuracağı gözlənilir
Türkiyənin 42 vilayətində kiberdələduzluq əməliyyatı: 74 nəfər saxlanılıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Misirli diplomat Rusiya xalqının birlik ili münasibətilə təşkil olunan konsertdə iştirak edib
15 Oktyabr 2025 11:51
2 597
“Donald Trampın Prezident İlham Əliyevi “güclü lider” kimi dəyərləndirməsi Azərbaycanın son illərdə yürüdüyü müstəqil və qətiyyətli siyasətin nəticəsi sayılır. İlham Əliyev qlobal təzyiqlər və ziddiyyətli proseslər fonunda milli maraqlardan geri çəkilməyən liderdir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında deputat Aydın Hüseynov söyləyib.
O qeyd edib ki, Azərbaycan bu gün regionda sabitlik və inkişaf xəttini müəyyən edən əsas gücə çevrilib: “Qarabağ münaqişəsinin həlli, ərazi bütövlüyünün bərpası və Cənubi Qafqazda yeni reallıqların yaranması məhz Bakının siyasi iradəsi ilə mümkün olub. Enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirib. Xüsusilə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr ölkəni strateji tərəfdaş kimi ön plana çıxarıb”.
Millət vəkili sonda əlavə edib ki, balanslı xarici siyasət, regional sabitliyə yönələn addımlar və dövlət maraqlarına əsaslanan qərarlar İlham Əliyevin liderlik üslubunu fərqləndirir: “Bu siyasət nəticəsində Azərbaycan etibarlı tərəfdaş, sabitlik və inkişafın ünvanı kimi tanınır, İlham Əliyev isə beynəlxalq miqyasda nüfuzlu liderlər sırasında möhkəm yer tutur”.