Polşa XİN rəhbəri: Ukrayna daha üç il döyüşməyə hazırlaşır Dünya

Polşa XİN rəhbəri: Ukrayna daha üç il döyüşməyə hazırlaşır

Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropanı ən azı üç il müddətində Ukraynaya dəstək verməyə hazır olmağa çağırıb.

Bu barədə “Reuters“ məlumat yayıb.

Onun sözlərinə görə, çünki Kiyevin planları məhz bu müddətə hesablanıb.

Londonda Ukraynada vurulmuş İran dronu “Shahed-136”nın təqdimatı zamanı çıxış edən Sikorski Avropa ölkələrini Ukraynaya dəstəyi davam etdirməyə çağırıb. O, ABŞ Prezidenti Donald Trampın Kiyevə “Tomahawk” raketlərini verəcəyinə ümid edir.

Polşa diplomatiyasının rəhbəri qeyd edib ki, Ukraynaya veriləcək daha çox silah, o cümlədən Hava Hücumundan Müdafiə sistemləri, qısa və uzaq mənzilli raketlərin tədarükü Avropanın müdafiəsi üçün vacibdir: “Çünki Rusiya dronları artıq Polşa hava məkanında qeydə alınıb, döyüş təyyarələri isə Estoniya səmasında müşahidə olunub”.