

Ukrayna və Şimal-Avropa ölkələri Ukrayna ordusunun təlimi və silahlandırılması üçün yeni Skandinaviya-Baltik Təşəbbüsünü işə salıblar.
APA-nın məlumatına görə, bu barədə Ukrayna müdafiə naziri Denis Şmiqal açıqlama verib.
Ukrayna Müdafiə Əlaqə Qrupunun (UDCG) 31-ci iclasında Şmiqal və Norveç müdafiə naziri Tore Sandvik təşəbbüsə qoşulma barədə Anlayış Memorandumunu imzalayıblar.
Bu layihəyə Ukrayna ilə yanaşı, doqquz ölkə qatılıb — Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Polşa və İsveç.
Norveç müdafiə naziri Tore Sandvik deyib ki, bu təşəbbüs Ukraynanın müdafiə gücünü artıracaq: “Bu, müttəfiqlər arasında Ukraynanın müdafiə gücünü artırmaq üçün önəmli bir addımdır. Ukrayna ordusu həm təlim, həm də avadanlıq baxımından dəstəyə ehtiyac duyur və bu əməkdaşlıq sayəsində bunu təmin edirik”.
Təşəbbüsün əsas məqsədi 2024-cü ildə başlanılan və 2026-cı ilədək davam edəcək Beynəlxalq Leqio Əməliyyatı çərçivəsində Ukrayna qüvvələrinin təlim və silahlandırılmasını vahid sistemlə təmin etməkdir.