İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
20 Oktyabr 2025 16:51
1 820
Boeing 747 yük təyyarəsi Honq-Konqda eniş zamanı uçuş-enmə zolağından çıxıb, yerüstü idarəetmə vasitəsinə çırpılıb və dənizə sürüklənib. İki ekipaj üzvü həlak olub. Təyyarənin Türkiyə mərkəzli ACT Airlines şirkətinə aid olduğu öyrənilib.
Xalqcebhesi.az xəbər verir ki, Çinin Honq-Konq xüsusi inzibati bölgəsində dəhşətli aviasiya qəzası baş verib. Yük təyyarəsi eniş zamanı idarəetmədən çıxaraq yerüstü idarəetmə maşınına çırpılaraq dənizə sürüklənib.
Yerli KİV-in məlumatına görə, qəza səhər saat 03:53-də Honq-Konq beynəlxalq hava limanında baş verib. Dubay Əl-Məktum Beynəlxalq Hava Limanından qalxan Türkiyə mərkəzli ACT Hava Yollarına məxsus EK9788 reysi Emirates Hava Yolları adından eniş edərkən uçuş-enmə zolağında idarəetmədən çıxıb. Təyyarə uçuş-enmə zolağına yaxın yerdə idarəetmə maşınına çırpılıb, sonra isə dənizə sürüklənib. Qəzada yerüstü xidmət maşınında olan 2 personalın həyatını itirdiyi, təyyarədəki 4 ekipaj üzvünün isə xilas edilərək xəstəxanada müalicə olunduğu açıqlanıb. Bildirilib ki, Honq-Konq Beynəlxalq Hava Limanının şimal eniş-enmə zolağı qəzaya görə müvəqqəti olaraq hava nəqliyyatı üçün bağlanıb.
Məryəm Quliyeva
18 Yanvar 17:50
1 162
18 Yanvar 17:49
1 253
18 Yanvar 15:45
1 288