15:47
1 008
İsrail qüvvələri Qəzza zolağının İsrailin nəzarətində olan hissəsində heç bir məhdudiyyət olmadan fələstinli radikallara qarşı əməliyyat keçirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin Müdafiə Nazirliyinin rəhbəri İsrael Katz bildirib.
"İsrailin Qəzzadakı siyasəti aydındır: İsrail Müdafiə Qüvvələri nəzarətimiz altındakı "sarı zona" daxilində məhdudiyyətsiz tunelləri məhv etməklə və HƏMAS terrorçularını məhv etməklə məşğuldur", - deyə o, "X"-də yazıb.
Onun sözlərinə görə, orduya "HƏMAS-ı tərksilah etmək və Qəzzanı silahsızlaşdırmaq, eləcə də bütün ölən girovların qalıqlarını geri qaytarmaq" tapşırılıb.
Məryəm Quliyeva