Pakistanda polis maşınına bomba hücumu: 5 polis ölüb Dünya

Pakistanda polis maşınına bomba hücumu: 5 polis ölüb

Pakistanın Xayber Paxtunxva əyalətində polis maşınına edilən hücumda beş polis məmurunun öldüyü bildirilir.

Xalqcebhesi.az “Dawn”a istinadən xəbər verir ki, polis sözçüsü Şövkət Xan hücumun ştatın Karak bölgəsində baş verdiyini bildirib.

Xan bildirib ki, hadisə yerinə regional polis rəisi də daxil olmaqla çoxsaylı polis qrupları göndərilib və ərazidə axtarış əməliyyatı başlayıb.

Hücumun səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Dekabrın 2-də Pakistanın şimal-qərbində hökumət məmurunu daşıyan maşına edilən hücumda məmur, iki cangüdən və yoldan keçən bir nəfər həlak olub.

Məryəm Quliyeva