Əlilliyi olan şəxslərin reabilitasiyasında dövlət icbari sığorta vəsaitindən istifadə olunacaq
Ukrayna 2028-ci ilə qədər Aİ üzvlük danışıqlarını tamamlamağa ümid edir
Polis səs-küyü normalarına əməl etməyən obyektlərdə profilaktik tədbirlər keçirdi - FOTO/VİDEO
Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığı müzakirə olunub, plan imzalanıb - VİDEO
7 Noyabr 09:45
1 134
Fövqəladə Hallar Nazirliyi Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, bayramlarla əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.