Dövlət icra məmuru olmaq istəyənlərlə söhbət mərhələsnin vaxtı açıqlanıb
Hikmət Hacıyev: Süni intellekt və sosial medialar real həqiqətin tapılmasını çətinləşdirir
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib - YENİLƏNİB
Hikmət Hacıyev: Ən birinci məqam xalqlar arasında etimad və barışığın bərpa edilməsidir
7 Noyabr 2025 16:13
2 709
Moldova hökuməti fasiləsiz fəaliyyətini təmin etmək üçün sanksiya tətbiq edilmiş "Lukoil"dən Kişinyov hava limanındakı yanacaq anbarlarını alacaq.
Xalqcebhesi.az xəbər verir ki, energetika naziri Dorin Jungietu bu barədə Facebook-da məlumat yayıb.
"Hökumət İnvestisiya Şurası, dövlətin şirkətin infrastrukturu və resurslarına nəzarəti ələ keçirə bilməsi üçün "Lukoil"in hava limanındakı yanacaq anbarını almağı təklif edib. Bu əməliyyat üçün son tarix 17 noyabrdır, çünki Moldovanın ABŞ sanksiyalarına riayət etməsi səbəbindən "Lukoil" 21 noyabr tarixindən etibarən fəaliyyətini davam etdirmək qabiliyyətini itirəcək", - deyə nazir yazıb.
Məryəm Quliyeva