
Cari ilin sentyabr ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 885 951 nəfər olub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onların 478 354 nəfərini aylıq sosial müavinət, 407 597 nəfərini isə təqaüd alanlar təşkil edib.