10:57
448
İsrailin müvafiq qurumları İordan çayının qərb sahilində və Qəzza zolağında saxlanılan fələstinli mənşəli məhbusların siyahılarının Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verilməsini bərpa ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə BQXK-ya istinadən "Reuters" agentliyi məlumat yayıb.
İsrail hökuməti radikal fələstinli HƏMAS hərəkatının 7 oktyabr 2023-cü il tarixli hücumlarından və Qəzza zolağında hərbi əməliyyatların başlamasından sonra BQXK-ya bu cür siyahıların verilməsini dayandırmışdı. İlin əvvəlində İsrailin Ali Ədalət Məhkəməsi İsrail hökumətinin üzərinə siyahıların yenidən təhvil verilməsi, habelə fələstinli məhbusların saxlanma şəraitini qiymətləndirmək üçün BQXK nümayəndələrinin həbsxanalara girişinin təmin edilməsi öhdəliyini qoymuşdu.
BQXK-nın mətbuat xidməti siyahıların alındığını təsdiqləyib, lakin həbsxanalarda məhbuslara başçəkmələrin hələlik bərpa olunmadığını qeyd edib. BQXK rəhbərliyi təftişlərin tezliklə bərpa olunacağına ümid edir.
Məryəm Quliyeva