Rusiya ilə sərhəd açılsa, Finlandiya yalnız bir neçə sərhəd-keçid məntəqəsini işə salacaq Dünya

Rusiya ilə sərhəd açılsa, Finlandiya yalnız bir neçə sərhəd-keçid məntəqəsini işə salacaq

Finlandiya sərhəd xidməti ölkənin şərqində Rusiya ilə sərhəd açılsa belə, yalnız bir neçə sərhəd-keçid məntəqəsinin fəaliyyətini bərpa edə bilər.

Bu barədə Finlandiya Sərhəd Mühafizəsinin sərhəd təhlükəsizliyi şöbəsinin rəhbəri, polkovnik Yussi Napola Yle telekanalına müsahibəsində bildirib.

“Biz sərhədi keçənlərin sayını nəzərdən keçirəcəyik və buna uyğun olaraq hansı məntəqələrin açılacağını və onların iş saatlarını müəyyən edəcəyik”, -Napola deyib.