15:33
812
Böyük Britaniya Yaxın Şərqdə artan münaqişə fonunda atəşə tutulan Kiprdəki Akrotiri hərbi bazasını qorumaq üçün Aralıq dənizinə hərbi gəmi göndərməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Times" qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, HMS Duncan esminesinin göndərilməsi sual altındadır. Bu ehtimal çərşənbə axşamı səhər Böyük Britaniyanın müdafiə naziri Con Heli ilə yüksək rütbəli silahlı qüvvələr rəsmiləri arasında keçirilən görüşdə müzakirə edilib. Qeyd olunur ki, esmines Böyük Britaniyadan Kiprə çatmaq üçün təxminən bir həftə vaxt sərf edəcək. Nəşr əlavə edib ki, gəmi göndərilməyə yüksək səviyyədə hazırdır.
Məryəm Quliyeva