28 Noyabr 23:42
28 Noyabr 23:32
28 Noyabr 23:21
09:49
595
İndoneziyanın Sumatra adasında leysan yağışlar nəticəsində baş verən daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 442 nəfərə çatıb.
Xalqcebhesi.az xəbər verir ki, İndoneziyanın Təbii Fəlakətlərin İdarə Olunması üzrə Milli Agentliyinin (BNPB) saytında verilən məlumata görə, daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 442-yə çatıb.
İtkin düşmüş 400-dən çox adamın axtarış-xilasetmə işləri davam edərkən, yaralıların sayı 646-ya yüksəlib.
“Jakarta Post”un məlumatına görə, səlahiyyətlilər bir çox yolun bağlandığını, telekommunikasiya infrastrukturunun zədələndiyini və qurudan əlçatmaz ərazilərə vertolyotlarla humanitar yardım apardıqlarını açıqlayıblar.
İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
İndoneziya Fəlakətlərə Müdaxilə Agentliyinin rəhbəri Suharyanto, Sumatra adasının şimal hissəsinin fəlakətlərdən ən çox zərər çəkdiyini, çətin relyefə, zədələnmiş yollara və əlverişsiz hava şəraitinə görə axtarış-xilasetmə işlərinin çətin olduğunu bildirib.
Məryəm Quliyeva