Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
4 Dekabr 2025 14:36
1 610
Türkiyə Rusiya və Ukraynanı enerji infrastrukturunu müharibəyə qatmamağı və enerji axınlarının fasiləsiz davam etməsini təmin etməyə çağırıb.
APA xəbər verir ki, bu barədə “Reuters“ Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktara istinadən məlumat yayıb.
“Ümid edirik ki, bu dəhşətli müharibə sona çatacaq. Amma bu gündən etibarən Rusiya və Ukraynaya çağırış edirik ki, enerji infrastrukturumuzu bu müharibəyə qarışdırmasınlar”, - nazir Türkiyənin Qara dəniz sahillərində tankerlərə baş verən bir sıra hücumdan sonra bildirib.
“Biz enerji axınlarının fasiləsizliyini təmin etməliyik”, – o əlavə edib və Qazaxıstan neftinin 80%-dən çoxunun nəql olunduğu Xəzər Neft Boru Kəməri Konsorsiumu (CPC) kimi marşrutların təhlükəsiz olmalı olduğunu vurğulayıb.