Türkiyə MN Yunanıstanın proseslərə konstruktiv yanaşacağına ümid edir Dünya

Türkiyə MN Yunanıstanın proseslərə konstruktiv yanaşacağına ümid edir

Türkiyə Silahlı Qüvvələri Türk xalqına təhlükə yaratmayan heç kim üçün təhdid deyil. Bununla belə, Türkiyə ordusu ölkənin qarşısında duran çağırışları aradan qaldırmaq üçün bütün imkanlara və qətiyyətə malikdir.

APA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Türkiyənin maraqlarına zərər vurmağa yönəlmiş istənilən addım bundan sonra da uğursuzluğa məhkum olacaq.

Müdafiə Nazirliyi Yunanıstanın regiondakı proseslərə konstruktiv yanaşacağına ümid etdiyini də açıqlayıb.

“Türkiyənin prioriteti regionda sülh və stabilliyi təmin etməkdir. Bu, Egey dənizinə də aiddir. Türkiyə Silahlı Qüvvələri üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır”, – bəyanatda deyilir.