Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
4 Dekabr 2025 16:58
1 736
Türkiyə, müddəti bitməkdə olan və ümumilikdə 22 mlrd. kubmetr təşkil edən iki qaz idxalı müqaviləsini Rusiya ilə bir il müddətinə uzatmanı başa çatdırıb.
“APA-Economics”in “Reuters“a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Onun sözlərinə görə, enerji mənbələrinin diversifikasiyası çərçivəsində ABŞ-da qaz hasilatına investisiya imkanlarını nəzərdən keçirir.
“Reuters“ qeyd edir ki, Avropada Rusiyanın qalan son böyük təbii qaz bazarı olan Türkiyə, qaz qarışığında rus qazının payını davamlı şəkildə azaldır və bu pay hazırda 40%-dən aşağı düşüb. “Qazprom”la iki müqavilənin qüvvəsi ilin sonunda başa çatır.
Ankara ayrıca, uzunmüddətli mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üçün bir sıra müqavilələr imzalayıb; onların böyük hissəsi ABŞ-nandır. Bununla Türkiyə, qarşıdakı bir neçə ildə gözlənilən qlobal LNG bolluğundan yararlanmağa çalışır.