Aİ Rusiyaya qarşı yeni sanksiyaları dekabrın 15-də təsdiqləyəcək Dünya

Aİ Rusiyaya qarşı yeni sanksiyaları dekabrın 15-də təsdiqləyəcək

Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəliblər.

Xalqcebhesi.az xəbər verir ki, "RİA Novosti" bu barədə Aİ Şurasındakı adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, yekun qərarın dekabrın 15-də, Aİ xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasında təsdiqlənəcəyi gözlənilir. Həmin gün yeni məhdudlaşdırıcı tədbirlər rəsmən dərc olunacaq.

"Rusiyanın sabitliyi pozan hərəkətləri ilə bağlı məhdudlaşdırıcı tədbirlər haqqında qərarla bağlı gündəliyin bəndi razılaşdırılıb", - adının açıqlanmasını istəməyən mənbə RİAN-a bildirib.

Məryəm Quliyeva