Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
11 Dekabr 2025 17:01
1 666
NATO-nun Baş katibi Mark Rutte Qərb ölkələrini müharibəyə hazırlaşmağa çağırıb.
APA xəbər verir ki, Rutte bu barədə Berlində Münhen Təhlükəsizlik Konfransının təşkilatçılığı ilə keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, Ukraynadan sonra Rusiyanın növbəti hədəfi NATO-dur.
“Biz babalarımızın və onların valideynlərinin dözmək məcburiyyətində qaldığı miqyasda bir müharibəyə hazır olmalıyıq”, Rutte vurğulayıb.
Baş katib iddia edib ki, Rusiya üçün həyati rol oynayan ölkə Çindir və əgər Çin olmasaydı, Rusiya bu qədər uzun müddət müharibə apara bilməzdi.
“Bəziləri çox rahatdır və məsələnin əhəmiyyətini başa düşmürlər. Çoxları elə düşünür ki, zaman bizim xeyrimizə işləyir. Xeyr, bu belə deyil”, - NATO Baş katibi xəbərdarlıq edib.