11:49
574
ABŞ Venesuela sahillərində neft tankerini ələ keçirmək üçün Cerald R. Ford təyyarədaşıyan gəmisindən istifadə edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CBS" telekanalı məlumat yayıb.
Mənbələrinə görə, əməliyyatda iki helikopter və ABŞ Sahil Mühafizəsinin ələ keçirmə qrupu da daxil olmaqla, naməlum sayda xüsusi təyinatlı qüvvə iştirak edib. Onlara 10 dəniz piyadası və ABŞ Sahil Mühafizəsinin 10 əməkdaşı dəstək verib. Əməliyyata ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə ABŞ Sahil Mühafizəsi zabitləri rəhbərlik edib.
Məryəm Quliyeva