Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
12 Dekabr 2025 11:52
1 232
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropa diplomatiyasının sabiq rəhbəri Federika Moqerini və qurumun xarici əlaqələr üzrə sabiq baş katibi Stefano Sanninonun ittiham edildiyi fırıldaqçılıq qalmaqalının Aİ-nin sarsıtdığını bildirib.
AZƏRTAC xəbər verir ki, “Euractiv portalı” bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmilərinin görüşündə iştirak edən şəxsə istinadla məlumat yayıb. Məlumata görə, Avropa diplomatiyasının rəhbəri qalmaqallar səbəbindən Avropa Xarici Fəaliyyət Xidmətinin qanun pozuntuları barədə bildirişləri ilə bağlı siyasətində dəyişiklikləri elan edib. Lakin Kaya Kallasın çıxışında konkretliyin az olması iştirakçıları məyus edib.
Qeyd edək ki, dekabrın 2-də Belçika polisi Avropa Xarici Fəaliyyət Xidmətinin baş qərargahında, Avropa Kollecində və bir neçə şəxsi evdə axtarış aparıb və bu axtarışlar zamanı aralarında Avropa diplomatiyasının sabiq rəhbəri Federika Moqerini və qurumun xarici əlaqələr üzrə sabiq baş katibi Stefano Sanninonun da olduğu üç nəfəri saxlayıb. Saxlanılan şəxslər ifadələri alındıqdan sonra sərbəst buraxılıblar. Bununla belə, saxlanılan hər üç şəxsə qarşı rəsmi ittiham irəli sürülüb.