Tailandla sərhəddə baş verən qarşıdurmada 12 kambocalı həlak olub Dünya

Tailandla sərhəddə baş verən qarşıdurmada 12 kambocalı həlak olub

Kamboca-Tailand sərhədində bu ayın əvvəlindən şiddətlənən qarşıdurma 12 kambocalının ölümünə, 74 nəfərin yaralanmasına, 400 mindən çox insanın evlərini tərk etmək məcburiyyətində qalmasına səbəb olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Khmer Times” qəzetinin sözlərindən sitat gətirən Kambocanın informasiya naziri Net Pheaktra bildirib.

Tailand ordusu Kambocanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan hücumlar həyata keçirmək üçün döyüş təyyarələri də daxil olmaqla ağır silahlardan, həmçinin kaset bombalarından istifadə edib. Pheaktra bildirib ki, Tailand ordusunun son doqquz gündə silahlı təcavüzü zamanı onların hədəfləri mülki əhali, yaşayış binaları, körpülər, məktəblər, xəstəxanalar və məbədlər olub. O, əlavə edib ki, dekabrın 14-ü axşam saatlarına olan məlumata görə, Tailand hərbçilərinin silahlı təcavüzündən qaçaraq 120 814 ailə (403 601 nəfər) qaçqın olmağa məcbur olub.

Məryəm Quliyeva