15 Dekabr 2025 16:03
1 722
Kamboca ilə Tailand arasında dekabrın əvvəlində şiddətlənən sərhəd münaqişəsi nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kambocanın informasiya naziri Net Pheaktra məlumat verib.
“Khmer Times” qəzetinin yazdığına görə, nazir bəyan edib ki, Tailand hərbçilərinin hərəkətləri 15 nəfərin ölümü ilə nəticələnib, daha 73 yerli sakin isə yaralanıb. Pheaktra həmçinin bildirib ki, münaqişə nəticəsində didərgin düşmüş insanların sayı 409 293 nəfərə çatıb.
Məryəm Quliyeva