UNOSSC Qlobal Cənub QHT Platforması barədə məlumatları rəsmi saytında yerləşdirib - FOTO
Ukrayna və ABŞ günün sonuna qədər sülhü yaxınlaşdıracaq razılığa gələ bilər
Aİ hibrid və kibertəhdidlərlə mübarizədə Ermənistanı dəstəkləməyə hazırdır
Gültəkin Hacıbəyliyə Türkiyədən deportasiya olunması ilə bağlı qərar təqdim olunub
19:38
665
Ümid edirik ki, günün sonuna qədər bizi sülhə yaxınlaşdıracaq bir razılığa gələcəyik.
APA xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov “X”də bildirib.
“Son iki gündə Ukrayna-Amerika danışıqları konstruktiv və məhsuldar oldu və real irəliləyiş əldə edildi. Ümid edirik ki, günün sonuna qədər bizi sülhə yaxınlaşdıracaq bir razılaşma əldə edəcəyik”, - o qeyd edib.
Umerovun sözlərinə görə, Stiv Uitkoff və Jared Kuşnerin rəhbərlik etdiyi ABŞ heyəti Ukraynaya uzunmüddətli sülh sazişinə yol tapmaqda kömək etmək üçün son dərəcə konstruktiv işləyir: “Ukrayna Prezident Tramp və komandasına göstərdikləri bütün səylərə görə çox minnətdardır”.