Əraqçi: İran nüvə enerjisi istifadəsindən imtina etməyəcək Gündəm

Əraqçi: İran nüvə enerjisi istifadəsindən imtina etməyəcək

İran heç vaxt uranın zənginləşdirilməsi də daxil olmaqla, nüvə proqramını dinc məqsədlər üçün inkişaf etdirmək kimi qanuni hüququndan imtina etməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.

O, rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib ki, "İran İslam Respublikası Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvüdür və yayılmaması rejiminə sadiqdir. Biz öhdəliklərimizə əməl edirik, lakin nüvə enerjisindən dinc məqsədlərlə istifadə və zənginləşdirmə hüququ da daxil olmaqla, bu müqavilə üzrə hüquqlarımızdan imtina etməyəcəyik".

Əraqçinin sözlərinə görə, ABŞ və İsrailin iyun ayında İranın nüvə obyektlərinə hücumları binalara və avadanlıqlara zərər versə də, texnologiyanı məhv edə bilməyib.

Məryəm Quliyeva