17:54
728
Bu gün Belarusun həbsdən azad edərək Ukraynaya təhvil verdiyi 20 nəfər müxalif siyasətçi Litvaya gətirilib.
APA xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.
Məlumata görə, siyasətçilər ABŞ və Belarus arasında əldə olunmuş razılaşma əsasında azad ediliblər.
Bildirilir ki, dekabrın 13-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ABŞ xüsusi nümayəndəsi arasında aparılan danışıqlardan sonra 123 siyasi məhbusun azad edilməsi elan olunmuşdu.