Çin ABŞ-ı Kubaya qarşı təzyiqləri dayandırmağa çağırıb Gündəm

Çin ABŞ-ı Kubaya qarşı təzyiqləri dayandırmağa çağırıb

Çin ABŞ-ı Kubaya qarşı blokadaya, sanksiyalara və bütün növ məcburiyyət tədbirlərinə son qoymağa çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Mao Nin ABŞ Prezidenti Donald Trampın Kubanın artıq Venesueladan neft və pul almayacağı ilə bağlı bəyanatını şərh edərkən brifinqdə bildirib.

“Çin bir daha ABŞ-ı Kubaya qarşı blokadanı dərhal dayandırmağa, sanksiyaları ləğv etməyə və bütün növ məcburiyyət tədbirlərini son qoymağa, həmçinin regionda sülh və sabitliyə töhfə verəcək addımlar atmağa çağırır”, — deyə o qeyd edib.

Xatırladaq ki, Tramp yanvarın 11-də bildirib ki, Kuba artıq Venesueladan neft və pul almayacaq. O, Havananı Karakasa “təhlükəsizlik xidmətləri” göstərməkdə ittiham edib və Venesuela neftinin Kubaya tədarükünün dayandırılacağını açıqlayıb.

Məryəm Quliyeva