15:11
896
Qətər İran ətrafındakı vəziyyətə diplomatik həll yolu tapmaq üçün danışıqlar prosesində iştirak edir.
Xalqcebhesi.az xəbər verir ki, bunu Baş nazirin müşaviri və Əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
"Hələ də diplomatik həllin tapıla biləcəyinə inandığımız mərhələdəyik. Buna görə də regiondakı bütün tərəflərlə fərdi şəkildə danışıqlar aparırıq", - deyə o, mətbuat brifinqində bildirib.
Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, Qətər hakimiyyəti İran ətrafındakı gərgin vəziyyətlə əlaqədar əmirlik əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görüb.
O, Vaşinqton və Tehranın qarşılıqlı təhdidləri nəzərə alınmaqla təhlükəsizlik tədbirləri ilə bağlı suala cavab olaraq bildirib ki, "Müdafiəmizə gəldikdə, regionda baş verən hər hansı bir gərginləşmə və münaqişədə olduğu kimi, hökumət Qətər vətəndaşlarının və sakinlərinin təhlükəsizliyinin hökumətdəki hər kəs, o cümlədən müdafiə və digər nazirliklər üçün ən vacib prioritet olmasını təmin etmək üçün bütün mümkün tədbirləri görüb".
Məryəm Quliyeva