15:56
679
Danimarkanın xarici işlər naziri Lars Lökkə Rasmussen təsdiqləyib ki, o və Qrenlandiyanın xarici işlər naziri Viviann Motsfeldt çərşənbə günü Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Cey Di Vens və ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcəklər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Ritzaus Bureau" agentliyi məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, Danimarka XİN rəhbəri bu açıqlamanı Xarici Əlaqələr Şurasının iclası ilə bağlı verib. Həmin görüşdə gündəlikdə yeganə məsələ “krallığın ABŞ ilə münasibətləri” olub.
Məryəm Quliyeva