Polşa ərazisinə iki raket və bir PUA düşüb
20 Noyabr 17:01
20 Noyabr 17:01
20 Noyabr 15:39
20 Noyabr 15:38
20 Noyabr 14:16
Müxalifətçilik institutu ilə bağlı yanlış stereotiplər - MÖVQE
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
Azərbaycan-Gürcüstan-Türkiyə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
Bakı metrosunda qısamüddətli texniki xəta baş verib, qatarların hərəkətində yubanmalar yaranıb
İŞİD-in “Vilayəti Xorasan” terrorçu təşkilatına qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirilib
13 Yanvar 16:06
3 535
“Ötən gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə Azərbaycanda su ehtiyatlarının və su infrastrukturunun idarə olunması istiqamətində tamamilə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.
Bu barədə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, xüsusilə Bakı və Abşeron yarımadasında su təchizatı ilə bağlı problemlər uzun illərdir müzakirə mövzusudur və müxtəlif mütəxəssislər, qurumlar bu istiqamətdə fikirlər səsləndiriblər. Lakin Prezident İlham Əliyevin son müşavirədə səsləndirdiyi məsələlər problemin həm miqyasını, həm də səbəblərini daha dəqiq və əhatəli şəkildə ortaya qoyub: “Bu, dövlət başçısının mövcud vəziyyətlə bağlı dərin və sistemli məlumata malik olduğunu, eyni zamanda məsələyə emosional deyil, təmkinli və həllyönümlü yanaşdığını göstərir.Su təsərrüfatı sahəsi həm maliyyə, həm də texniki baxımdan mürəkkəb istiqamət olsa da, Azərbaycan dövləti bu problemlərin həlli üçün konkret plan və mexanizmlərə malikdir. Cari Dövlət Proqramı da məhz bu sahədə dövlətin aydın yol xəritəsinin mövcudluğunu təsdiqləyir.Ötən dövrdə əldə olunan təcrübə bu baxımdan mühüm əhəmiyyət daşıyır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasından sonra su ehtiyatlarının səmərəli istifadəsi sahəsində atılan addımlar, eləcə də Bakının və Abşeron yarımadasının su təminatı ilə bağlı görülən işlər uğurlu nümunələrdir.Bu təcrübə qəbul edilən Dövlət Proqramının da uğurla icra olunacağına dair ciddi əsaslar yaradır.
Sonda deputat qeyd edib ki, hazırda Azərbaycan dövləti üçün su təsərrüfatı ilə bağlı qaranlıq məqam yoxdur:
“Su təchizatı sistemlərinin modernləşdirilməsi, tullantı və yağış sularının idarə olunması, eləcə də Xəzər dənizinin duzlu suyunun duzsuzlaşdırılması istiqamətində dövlətimizin çox aydın və ardıcıl yol xəritəsi mövcuddur”.
Günel Elxan
20 Noyabr 21:02
1 113
20 Noyabr 18:59
3 346
20 Noyabr 18:33
1 064