19 Oktyabr 16:20
19 Oktyabr 13:34
19 Oktyabr 13:12
16 Fevral 09:45
3 367
Ukraynanın döyüş meydanındakı uğursuzluqları fonunda Fransa prezidenti Emmanuel Makron danışıqlar üçün Rusiyaya səfər etmək istəyə bilər.
xəbər verir ki, bu fikri Pentaqonun keçmiş müşaviri və istefada olan polkovnik Duqlas MakQreqor "Die Weltwoche" qəzetinə verdiyi müsahibədə bildirib.
“İndi bizim Moskvaya gedib ruslarla danışıqlar aparacaq Makronumuz var. Düzdür, onlar onunla danışacaqlar, amma Makronun nəyəsə nail ola biləcəyinə dair heç bir dəlil görmürəm”, - Makqreqor deyib.
Ekspertin sözlərinə görə, Ukraynanın döyüş meydanındakı məğlubiyyətləri Avropanı Rusiya ilə əlaqələr axtarmağa sövq edib. Son xəbərlər Makronu və digər Avropa liderlərini baş verənlərə daha obyektiv baxmağa yaxınlaşdırıb.
Makqreqorun qiymətləndirməsinə görə, Ukrayna məğlub dövlətə çevrilib və ABŞ ilə Avropanın real vəziyyətə baxmaq istəməməsi fonunda bu vəziyyət məyusedicidir. O bildirib ki, Rusiya “qələbə qazandığını və faktiki olaraq qalib gəldiyini bilir”.
Məryəm Quliyeva
19 Oktyabr 16:52
1 211
19 Oktyabr 16:20
1 176
19 Oktyabr 13:34
1 421